Tokio olimpiadasının medalçısı Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq

7 Oktyabr, 12:30 Sosial mediada paylaşın:
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq.
55 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Eldəniz Əzizli 1/8 final mərhələsində Koriun Sahradianla (Ukrayna) üz-üzə gələcək.
Ülvü Qənizadə 1/16 finalda İdris İbayevla (Almaniya), Sənan Süleymanov eyni raundda Kayratbek Tuqolbayevlə (Qırğızıstan), Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə Ranet Kaljola (Estoniya) ilə güləşəcək.
55 kq1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)
72 kq1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)
77 kq1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)
82 kq1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)
Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

CANLI YAYIM