AFFA şəhid övladına dəstək olacaq

5 Oktyabr, 15:10 Sosial mediada paylaşın:
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.
Futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar. Tədbirin sonunda simvolik oyun keçirilib.
Məşqçilər tədbirdə iştirak edən “Qala 95” komandasının üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər. İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.
Ayxan Əzizov II Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir, tank komandiri Elvin Əzizovun övladıdır.

CANLI YAYIM