İrlandiya millisinin baş məşqçisi: "Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz"

4 Oktyabr, 16:00 Sosial mediada paylaşın:
"Rəqibi dərindən təhlil etməyə çalışmırıq. Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz". Bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Extra.ie" saytına açıqlamasında deyib. 50 yaşlı mütəxəssis Serbiya yığmasının da III turda Azərbaycan səfərində çətinliklə üzləşdiyini xatırladıb: "Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Qələbə qazanmaq istəyirik və buna nail olacağımıza da inanıram". Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Serbiya millisi eyni arenada 2:1 hesablı qələbə qazanıb.

CANLI YAYIM