Avroliqada yeni mövsümə start verildi

1 Oktyabr, 13:25 Sosial mediada paylaşın:
Avroliqada yeni mövsümün ilk oyununda “Monako” doğma arenada “Panatinaikos”u qəbul edib. Qarşılaşmaya yaxşı başlayan meydan sahibləri ilk periodda 7 xallıq üstünlük əldə ediblər. Növbəti hissələrdə də üstünlüyünü artıran “Monako” yekunda 75:63 hesabı ilə qalib gəlib.  Beləliklə debütant yarışa qələbə ilə start verib.
“Makkabi Tel-Əviv” – “Bavariya” görüşü gərginliyi ilə diqqət çəkib. Sonda İsrail klubu 1 xal fərqlə rəqibini məğlub edib - 69:68. Oyunun qəhrəmanı Skotti Uilbekin olub. O, 28 xal toplamaqla diqqət çəkib.
“Olimpiya Milan” doğma arenada Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Görüşün favoriti olan Rusiya klubu ilk periodda 8 xallıq üstünlük əldə edib. Amma bundan sonra fəallaşan meydan sahibləri yekunda qalib gəliblər -  84:74.
Günün son qarşılaşmasında isə turnirin ən titullu komandası “Real Madrid” hazırki çempion “Anadolu Efes”i qəbul edib. İspaniya klubu elə ilk periodda oyunun taleyini həll edib. 17 xallıq üstünlük qazanan meydan sahibləri yekunda qələbə qazanmaqda çətinlik çəkməyiblər - 82:69

CANLI YAYIM