"Sumqayıt"da ciddi itki

28 Sentyabr, 14:05 Sosial mediada paylaşın:
Sumqayıt” itki ilə üzləşib. “Gənclik şəhəri” təmsilçisi müdafiəçi Elvin Bədəlovu itirib.
Bu, Premyer Liqanın V turunda “Qəbələ” ilə matçda baş verib. 19-cu dəqiqədə zədələnən millimizin üzvü meydanı digər futbolçuların köməkliyi ilə tərk edib. Futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.

CANLI YAYIM