Gənclər və idman naziri Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr, 10:00 Sosial mediada paylaşın:
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 27-də Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazir stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.
Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, gələcək planlar barədə nazirə məlumat verib. Həmçinin bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə federasiyanın icraiyyə komitəsinin üzvü, Olimpiya çempionu Zemfira Meftahətdinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.
Daha sonra Fərid Qayıbov Respublika Stend Atıcılığı İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib, bu idman qurğusunun şəraiti və fəaliyyəti ilə maraqlanıb.

CANLI YAYIM