"Qalatasaray"la "Fənərbağça" eyni hesabla qalib gəlib

27 Sentyabr, 17:32 Sosial mediada paylaşın:
Türkiyə superliqasında yenidən lider dəyişib.
“Qalatasaray” nəhayət uğursuzluğa son qoyub. İstanbul klubu 4 oyundan sonra qalib gəlib. Hərçənd ki, “Göztəpə” ilə görüşün fasilə ərəfəsində komanda qapısında top görüb. Şerif Ndiaye hədəfdən yayınmayıb. 2-ci hissədə meydan sahibləri 2 qol vuraraq əzmkar qələbə qazanıblar. “Qalatasaray”ın heyətində Halil Dərvişoğlu və Olimpiu Morutsan fərqləniblər: “Qalatasaray” – “Göztəpə” 2:1.
“Fənərbağça” eyni hesabla səfərdə “Hatayspor”u məğlub edib. Yarım saat ərzində Dieqo Rossi və Filip Novak qapını dəqiq nişan alıblar. Hər iki halda məhsuldar ötürməni Enner Valensiya verib. Meydan sahiblərinin təsəlli qolunu Dilan Sen Lui vurub. Bu qələbə sayəsində “Fənərbağça” 16 xalla liderliyə yüksəlib. “Altay” İstanbul klubundan 1 xal geri qalır. “Beşiktaş” və “Trabzonspor”un 14 xalı var. Qeyd edək ki, Trabzon klubu bu gün “Alanysaspor”la qarşılaşacaq.  

CANLI YAYIM