"Napoli" liderliyini davam etdirir

27 Sentyabr, 16:26 Sosial mediada paylaşın:
İtaliya çempinonatının 6-cı turunda “Yuventus” Turində “Sampdoriya”nı məğlub edib. 10-cu dəqiqədə Paulo Dibala hesabı açıb. Hissənin sonunda Leonardo Bonuççi meydan sahiblərinin üstünlüyünü artırıb. Cəmi 1 dəqiqə sonra Maya Yosida buraxılan toplardan birinin əvəzini çıxıb. Fasilədən sora hesab arasındakı fərq yenidən 2 topa yüksəlib. Manuel Lokatelli hədəfdən yayınmayıb. Yekun nəticəni Antonio Kandreva müəyyənləşdirib – “Yuventus” – “Sampdoriya” 3:2. Bununla da Turin klubu ardıcıl 2-ci qələbəsini qazanıb.
“Latsio” eyni hesabla derbidə Romaya qalib gəlib. Bu görüşdə də ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Sergey Milinkoviç-Saviç nominal meydan sahiblərini hesabda önə keçirib. Az sonra Pedro “Latsio”nun üstünlüyünü artırıb. Hissənin sonunda Rojer İbanyes “Roma” futbolçularını ümidləndirib. Fasilədən sonra Felipe Anderson “Latsio”nun 3-cü qolunu vurub. Jordan Veretu isə qarşılaşmada son nöqtəni qoyub: “Latsio” – “Roma” 3:2.
“Napoli” isə qələbələrini sıralamaqdadır. Neapol klubu bu dəfə doğma meydanda “Kalyari”yə qalib gəlib. 11-ci dəqiqədə Viktor Osimhen yerli azarkeşləri sevindirib.
Qeyd edək ki, 6 turun hamısında qalib gələn “Napoli” maksimum nəticə ilə yarış cədvəlinə başçılıq edir. 16 xala malik “Milan” 2-cidir. Hazırki çempion “İnter” isə liderdən 4 xal geri qalir.

CANLI YAYIM