London derbisində "Arsenal" qələbə qazandı

27 Sentyabr, 15:38 Sosial mediada paylaşın:
İngiltərə premyerliqasında 6-cı turun 2 oyunu olub.
“Arsenal” doğma arenada “Tottenhem”i qəbul edib. Meydan sahibləri London derbisinin taleyini elə ilk hissədə həll ediblər. Artıq 12-ci dəqiqədə Emil Smit Rou Arsenal azarkeşlərini sevindirib. Az sonra Emil Smit Rou-nun  ötürdüyü topu Pyer Emerik Obameyanq qapıdan keçirib. Fasiləyə kimi Bukayo Saka “Arsenal”ın 3-cü qolunu vurub. Qonaqlar yalnız fasilədən sonra bu qollardan birinin əvəzini çıxa biliblər. Son Hın Min yekun nəticəni müəyyənləşdirib – “Arsenal” – “Tottenhem” 3:1.
Beləliklə ilk 3 turda uduzan “Arsenal” ardıcıl 3-cü qələbəsini qazanıb. “Tottenhem” isə əksinə. İlk 3 turda qalib gəlsə də, artıq ardıcıl 3 görüşdür ki, uduzur. Qeyd edək ki, 6 turdan sonra “Liverpul” 14 xalla liderdir. 4 komanda – “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted” və “Everton” Mersisayd klubundan 1 xal geri qalır.

CANLI YAYIM