Hemilton 100-cü qələbəsini qazandı

27 Sentyabr, 13:12 Sosial mediada paylaşın:
Formula 1  üzrə Rusiya Qran-prisi geridə qalıb.
Soçidə keçirilən yarışda “Mersedes” pilotu Lüis Hemilton karyerasında 100-cü qələbəsini qazanıb. Almaniyalı sürücü 53 dövrəni  1 saat 30 dəqiqə 41 saniyəyə qət edib. Yarışa sonuncu sıradan start götürən “Red Bull” sürücüsü Maks Ferstappen isə  öüzündən irəlidə qərarlaşan rəqiblərini geridə qoyaraq 2-ci yerə çıxıb. O, Hemiltondan 53,2 saniyə geridə qalıb. Təsnifat mərhələsini 2-ci sırada başa vuran Karlos Sayns isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.  Yarışda diqqət çəkən məqam təsnifat mərhələsinin qalibi olan Lando Norrisin bir qədər inamsız təsir bağışlaması olub.  46-cı dövrədə yağışın başlaması onun planlarını pozub. Nəticədə 51-ci dövrədə liderliyini itirən britaniyalı sürücü sonda yarışı 7-ci sırada başa vurub.
Ümumi sıralamaya gəlincə, 15-ci Qran-pridən sonra Lüis Hemilton yenidən liderliyə yüksəlib. Onun hesabında 246,5 xal var. “Red Bull” pilotu Maks Ferstappen britaniyalıdan 2 xal geridədir. “Mersedes” sürücüsü Valtteri Bottas isə 151 xalla 3-cüdür. Mühəndislər Kubokuna isə 397,5 xalla yenə də “Mersdedes” başçılıq edir. İlk 3 sıranı “Red Bull”la “Maklaren” tamamlayır.  Növbəti yarış oktyabrın 10-da İstanbulda keçiriləcək.

CANLI YAYIM