Azərbaycan premyerliqasında 5-ci tur başa çatıb

27 Sentyabr, 12:06 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan çempionatında 5-ci tura yekun vurulub.
“Sabah” – “Neftçi” oyununda ilk qol 21-ci dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Ramon Maçado fərqlənib. İlk hissə Neftçinin üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hesab artıb. Bu dəfə Mamadu Kane qapını dəqiq nişan alıb. Az sonra Aleksey İsayev buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. Beləliklə Neftçi 2:1 hesablı qələbə qazanıb.
“Sumqayıt” – “Qəbələ” görüşündə isə qapılara top vurulmayıb. Qazandığı 1 xal sayəsində “Qəbələ” turnir cədvəlində liderliyə yüksəlib. Komanda “Qarabağ”la eyni sayda xal toplasa da, topların daha yaxşı fərqinə görə 1-ci yerdədir. 10 xala malik “Neftçi” şərikli liderlərdən 1 xal geri qalir. “Zirə” 8 xalla 4-cü, “Sumqayıt” 7 xalla 5-ci pillədədir. Son 2 oyununu uduzan “Səbail”in 6 xalı var. Autsayderlər – “Sabah” və “Keşlə” isə 5 tura cəmi 1 xal qazana biliblər.

CANLI YAYIM