Ben Simmons "Filadelfiya Seventi Siksers"ə qayıtmayacaq

23 Sentyabr, 12:48 Sosial mediada paylaşın:
“Filadelfiya Seventi Siksers”in oyun qurucusu Ben Simmons klubun düşərgəsinə qayıtmayacaq.
Amerika mətbautının məlumatına görə, Pensilvaniya klubu ulduz basketbolçunu 227 min dollar məbləğində cərimə edib.  Bu rəqəm mövsüm startı ərəfəsində 1,3 milyon dollara qədər yüksələ bilər.  Simmons isə klub rəhbərliyindən onu təcili şəkildə başqa klublardan birinə göndərməyi tələb edir. Bəzi mənbələr yaxın günlərdə Benin Con Uoll müqabilində “Hyuston Rokets”ə keçə biləcəyini yazır.

CANLI YAYIM