Millimizin Belarus yığması ilə nəzərdə tutulan yoldaşlıq oyunları ləğv olunub

23 Sentyabr, 10:15 Sosial mediada paylaşın:
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 20-dən 28-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Belarusun U-17 yığması ilə iki yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik. Oyunlar sentyabrın 24-də və 27-də keçirilməli idi.
Bakıya səfər ərəfəsində Belarus yığmasının heyətində bir neçə futbolçunun COVID-19 testi pozitiv nəticələnib. Bununla əlaqədar Belarus U-17 yığması ilə nəzərdə tutulan yoldaşlıq oyunları ləğv olunub.

CANLI YAYIM