"Vüqar Həşimov" klubu İspaniya komadası ilə heç-heçə oynayıb

22 Sentyabr, 10:20 Sosial mediada paylaşın:
Kişi şahmatçıların klublararası Avropa kuboku yarışında 4-cü turunun oyunları keçirilib.
“Vüqar Həşimov” klubu İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb. Komandamızın üzvü Kirill Şevçenko Aleksey Şirova qalib gəlsə də, Ülvi Sadıqov Alvar Alonso İlə bacarmayıb. Rauf Məmmədov Anton Korobovla, Aydın Süleymanlı Hayme Santonla,  Əhməd Əhmədzadə Lans Hendersonla, Vüqar Əsədli isə Nicat Abbasova xalı yarı bölüb. Xatırladaq ki, Nicat Abasov rəqib komandanın heyətində mübarizə aparır. Hesabında 5 xal olan komandamız 13-cü sırada qərarlaşıb. Digər qrossmeysterimiz  Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid” klubunun heyətində çıxış edir. Onun komandası isə 4-cü turda Sloveniyanın “Maribor Poligram” klubuna 5,5:0,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turnirdə 38 komanda mübarizə aparır.  

CANLI YAYIM