Luis Skola karyerasını başa vurub

21 Sentyabr, 16:45 Sosial mediada paylaşın:
Məşhur argentinalı basketbolçu Luis Skola karyerasını bitirdiyini açıqlayıb.
41 yaşlı oyunçu bundan sonra fəaliyyətini klub funksioneri kimi davam etdirəcək. O, İtaliyanın “Vareze” klubunun direktoru vəzifəsinə təyin olunub.  Xatırladaq ki, Skola 2004-cü ildə Argentina millisi ilə Olimpiya çempionu, 4 il sonra isə  bürünc mükafat qazanıb. Bununla yanaşı, onun liderliyi ilə “albiselesta” 2002 və 2019-cu illərdə dünya çempionatında  finala qədər yüksəlib.  O, həmçinin 2001 və 2011-ci illərdə Argentina seçməsi ilə Amerika Kubokunu da qazanıb.  MBA-da keçirdiyi 10 ildə “Hyuston”, “Finiks”, “İndiana”, “Toronto” və “Bruklin” komandalarının şərəfini qoruyan Skola 743 oyunda meydana çıxıb.

CANLI YAYIM