Azərbaycanın qadın cüdoçuları Sloveniyada 2 qızıl, 3 gümüş medal qazanıblar

20 Oktyabr, 15:24 Sosial mediada paylaşın:
Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib.
 
Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.
 
40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.
 
Yarışda +70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

CANLI YAYIM