Vüsal İsgəndərlinin komandası məğlub olub

21 Sentyabr, 13:31 Sosial mediada paylaşın:
Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” səfərdə “Balıkəsirspor”la qarşılaşıb və uduzub - 1:2. Vüsal start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, qarşılaşmanın 27-ci dəqiqəsində penaltidən yararlana bilməyib. “Keçiörengücü” 4 xalla 19 komanda arasında sonuncudur.

CANLI YAYIM