Şahmatçılarımızdan fərqli nəticələr

21 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Avropa kubokunda ölkəmizi təmsil edən Vüqar Həşimov klubu 4-cü turda İsrail komandası ilə qarşılaşıb. Rauf Məmmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı və Ülvi Sadıxov rəqibi ilə sülh bağlayıb. Murad İbrahimli və Klirill Şevçenko isə uduzub. Beləliklə görüş israil komandansının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu təmsilçimizin yarışda ilk məğlubiyyətidir.
Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Görüş İspaniya klubunun qələbəsi ilə başa çatıb 3,5:2,5. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, Nicat Abasov isə rusiyalı şahmatçı Daniil Dubova  qalib gəlib.

CANLI YAYIM