"Qarabağ" "Sumqayıt"ı Ozobiçin qolları ilə məğlub etdi

21 Sentyabr, 10:40 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan çempionatında 4-cü tura yekun vurulub. Son oyun günündə 1 qarşılaşma keçirilib. “Qarabağ” doğma meydanda “Sumqayıt”a qalib gəlməklə turnir cədvəlində “Qəbələ”nin liderliyinə şərik olub.
Görüşün qəhrəmanı Filip Ozobiç olub. O, fasilə ərəfəsində penaltini dəqiq yerinə yetirərək Ağdam klubunun ilk qolunu vurub. Görüşün sonunda isə Ozobiç daha bir dəfə fərqlənib: "Qarabağ" – "Sumqayıt" 2:0.
Ardıcıl 3-cü qələbəsini qazanan "Qarabağ" tunir cədvəlində "Qəbələ"nin liderliyinə şərik olub. Hər iki komandanın aktivində 10 xal olsa da, daha yaxşı top fərqinə görə "Qəbələ" zirvədədir. İlk 3-lüyü 7 xalla "Neftçi" tamamlayır. "Səbail" və "Sumqayıt"in 6 xalı var. "Zirə" isə 5 xalla 6-cı yerdədir. Autsayderlərdən "Sabah" 4 oyuna cəmi 1 xal qazanıb. Bütün qarşılaşmalarda uduzan "Keşlə" isə xala həsrətdir.

CANLI YAYIM