Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası yarışa qələbə ilə başlayıb

19 Sentyabr, 11:45 Sosial mediada paylaşın:
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının birinci turu keçirilib.
Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu yarışa qələbə ilə başlayıb. Belə ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib. Yığmanın aktivinə qələbəni Aydın Süleymanlı, Murad İbrahimli, Ülvi Sadıqov yazdırıb. Kiril Şevçenko, Vüqar Əsədli, Əhməd Əhmədzadə isə heç-heçə ediblər.
Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparacaq.

CANLI YAYIM