Naxçıvanda keçirilən cüdo yarışının qalibləri məlum olub

20 Oktyabr, 12:30 Sosial mediada paylaşın:
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında birincilik keçirilib.
 
İki yaş qrupunda təşkil olunan yarışda yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar.
 
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.
 
U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.
 
U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
 
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

CANLI YAYIM