Serbiya və Polşa milliləri yarımfinala yüksəlib

15 Sentyabr, 17:10 Sosial mediada paylaşın:
Kişi voleybolçuların Avropa çempionatında mübarizə sona yaxınlaşır. Artıq yarışda yarımfinalçılar müəyyənləşməkdədir.
¼ finalın ilk oyunu Niderland və Serbiya millisi arasında olub. Gözlənildiyi kimi serblər sürprizə imkan verməyiblər. Gərgin keçən ilk hissədə 25:23 hesabı qeydə alınıb. 2-ci setdə Serbiya yığması daha asan qələbə qazanıb 25:20.  3-cü hissə Niderland voleybolçuları çox çalışsalar da, oyunda dönüş yaratmaq mümkün olmayıb. Bu dəfə 27:25 hesabı qeydə alınıb. Beləliklə hər 3 setdə qalib gələn Serbiya yığması yarımfinala adlayıb.
Polşa millisi də azarkeşlərini sevindirib. Komanda Rusiya kollektivini mübarizədən kənarlaşdırıb. İlk setdə rusiyalılar yalnız 14 xal qazana biliblər. 2-ci hissədə polşalılar rəqibin müqaviməti ilə üzləşsələr də, qalib gəliblər - 26:24. 3-cü setdə də görüşün ssenarisi dəyişməyib. Bu dəfə 25:19 hesablı qələbə qazanan Polşa millisi yarımfinala yüksəlib.

CANLI YAYIM