Şahmatçılarımız Olimpiadada daha 3 görüş keçirib

10 Sentyabr, 11:18 Sosial mediada paylaşın:
Ümumdünya şahmat olimpiadasında millimiz daha 3 görüş keçirib.
B qrupunda çıxış edən seçməmiz əvvəlcə Belarus yığmasına 3:2 hesabilə qalib gələndən sonra Hindistan komandasına 2:4 hesabilə uduzub. Sonuncu qarşılaşmada isə şahmatçılarımız Moldova idmançılarını 5:1 hesabilə məğlubiyyətə uğradıblar. Millimiz 6 görüşdən 7 xal toplayaraq 4-cü yerdə qərarlaşıb. Hindistan seçməsi 11 xalla cədvələ başçılıq edir. Xatırladaq ki, yığmamızın əsas heyətində Teymur Rəcəbov, Şəhroyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva şəxış edir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı, Gövhər Beydullayeva isə ehtiyat şahmatçılardır.
Qeyd edək ki, qrup mərhələsində ilk 2 yeri tutan komanda pley-ofa çıxacaq

CANLI YAYIM