Cüdoçumuz Avropa birinciliyində gümüş medal qazanıb

10 Sentyabr, 11:10 Sosial mediada paylaşın:
Lüksemburqda gənc cüdoçuların Avropa birinciliyi başlanlb.
Qitə yarışının ilk günündə 7 idmançımız mübarizəyə qoşulub. Qızlardan 48 kq çəkidə Aydan Vəliyeva fəxri kürsüyə qalxıb. Finala qədər irəliləyən idmançımız yalnız həlledici görüşdə rusiyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Digər 6 cüdoçumuz isə mükafatçılar sırasına düşə bilməyiblər. Qeyd edək ki, Azərbaycan seçməsi Avropa birinciliyinə 12 idmançı ilə qatılıb. Ümumiyyətlə isə mötəbər yarışda 43 ölkədən 350-dən çox cüdoçu mübarizə aparır. Turnirə sabah yekun vurulacaq.

CANLI YAYIM