MDB oyunları: idmançılarımız daha 7 mükafat qazandı

10 Sentyabr, 11:07 Sosial mediada paylaşın:
Rusiyanın Kazan şəhərində MDB oyunları sona yaxınlaşır.
Yarışların 6-cı günündə cüdoçularımız mübarizəyə qoşulublar. 16 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Səbinə Əliyeva 52, Rövşən Əliyev 60 kq-da qızıl medalın sahibi olub. Eyni çəkidə Əhməd Yusifov gümüş mükafatla kifayətlənib. Şəfəq Həmidova 48, Elçin Hüseynov 66, Murad Fətiyev 81 kq-da bürünc medal qazanıb. Bundan başqa Camal Feyziyev ən ağır çəkidə bürünc mükafat əldə edib. Qeyd edək ki, gənc idmançıların mübarizə apardığı MDB oyunları sabah  başa çatacaq.

CANLI YAYIM