"US Open": bütün 1/4 finalçılar məlumdur

7 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Böyük Dəbilqə seriyalı US Open turniri davam edir.
Artiq 1/8 final mərhələsi yekunlaşıb. Qadınların mübarizəsində maraqlı nəticələr qyedə alınıb. Polşalı İqa Şvöntek isveçrəli Belinda Bençiçlə qarşılaşıb. Görüş 2 saatdan çox davam edirb. İlk stedə çətinliklə 7:6 hesabı ilə qələbə qazanan Bençiç digər hissədə 6-3 hesabı ilə üstün olub və mərhələ adlayıb.
Britaniyalı Emma Radukanu Amerika Birləşmiş Ştatlarından olan Şelbi Rocerslə üz-üzə gəlib. Radukanu gözlənildiyi kimi qələbə qazanmaqda çətinlik çəkməyib. Hər iki stedə qalib gələn britaniyalı ¼ finala yüksəlib.
Kişilərin mübairzəsində də maraqlı nəticələr qeydə alınıb. ATP reytinqinin birinciisi Novak Cokoviç amerikalı Censon Bruksbini mübarizədən kənarlaşdırıb. İtaliyalı Matteo Berretini almaniyalı Oskar Otto ilə duelə çıxıb. 2 saat 22 dəqiqə davam edən görüşün yalnız 1 setində Otto qalib gəlib. Digər 3 hissədə azarkeşlərini sevindirən Berrettini növbəti mərhələyə yüksəlib.

CANLI YAYIM