Rauf Məmmədov rusiyalı şahmatçı ilə liderliyi bölüşür

2 Sentyabr, 12:25 Sosial mediada paylaşın:
Reykyavikdə kişi şahmatçıların Avropa çempionatı davam edir.
Yarışların 7-ci tuurnda liderlər qrupunda qərarlaşan qrossmesytrimiz Rauf Məmmədov bu dəfə heç-heçə edib. O, polşalı Kasper Piorunla xalı yarı bölüb. Bununla da xallarının sayını 6-a çatdıran Rauf Məmmədov rusiyalı Anton Demçenko ilə 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən Riad Səmədov və Nicat Məmmədov isə qələbə qazanıblar. Ruad isveçrəli Nikolas Kunqu, Nicat isə fransalı Maksim Laqareni məğlub edib. . Digər şahmatçılarımız Nicat Abbasov serbiyalı Velimir İviçlə, Aydın Süleymanlı isə litvalı Karolis Yuksta ilə sülh bağlayıb. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan yarışa senttabrın 5-də yekun vuerulacaq.

CANLI YAYIM