FİDE yeni reytinq cədvəli açıqladı

1 Sentyabr, 12:49 Sosial mediada paylaşın:
Şahmatçıların yeni yeni reytinq siyahısı açıqlanıb. 
FIDE-nin rəsmi saytının məlumatıəna görə ilk "10-luq"da Azərbaycanın 1 təmsilçisi yer alıb.   Teymur Rəcəbov 2763 xalla 10-cu sıradakı mövqeyini qoruyub.  Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək, "onluğ"u tərk edib.  Qrossmeystrimiz  hazırda 2762 xalla 11-cidir.  Digər şahmatçılarımızdan Qədir Hüseynov  3 pillə irəliləyərək, 69-cu sıraya yüksəlib. Rauf Məmmədov  da mövqeyini bir qədər yaxşılaşdırıb. O,  91-ci yerdən 89-cu sıraya yüksəlib. 6 pillə geriləyən Nicat Abbasov isə 93-cü sırada qərarlaşıb.  Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. Norveçli dünya çempionu Maqnus Karlsen əvvəlki kimi birinci pillədədir.  Onun ən yaxın ziləyicisi amerikalı Fabiano Karuanadır. Ilk 3-lüyü Çin şahmatçısı Dinq Liren tamamlayır.  Qadın şahmatçılardan Günay Məmmədzadə  1 pillə irələləyib və 25-cı sırada yer alıb. Gülnar Məmmədova  68-ci, Xanım Balacayeva  isə 92-cidir.

CANLI YAYIM