2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar ayrılacaq vəsaitin məbləği artırılıb

18 Oktyabr, 19:37 Sosial mediada paylaşın:
2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Azərbaycanın dövlət büdcəsindən 10,7 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
 
Bu 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində əksini tapıb.
 
Həmin sənədə əsasən, məbləğin 10 milyon manatı XXXII Yay Olimpiya Oyunlarında hazırlıq və iştirak üçündür. 700 min manat vəsait XVI Paralimpiya Oyunlarına qatılmaqdan ötrü nəzərdə tutulub.
 
Fiziki və əqli qüsurlu idmançıların yarışlarda iştirakı üçün isə 800 min manat ayrıla bilər. 
 
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün 8 milyon manat ayrılmışdı. 

CANLI YAYIM