Volleybol millimiz ardıcıl 4-cü görüşündə də uduzdu

25 Avqust, 11:25 Sosial mediada paylaşın:
Qadın voleybolçuların Avropa çempionatı davam edir. A qrupunda yarışan milli komandamızın 4-cü turda Serbiya yığması ilə üz-üzə gəlib.
Voleybolçularımız dünya və Avropa çempionları ilə qarşılaşmada rəqibləri ilə bacarmayıblar. Serblər ilk setdə 25:17 hesabı ilə üstün olublar. Görüşün ikinci setində komandamız bir qədər  fəallaşsa da bu uğur qazanmaq üçün kifayət etməyib. Serbiya millisi bu dəfə 25:20 heasabı ilə qalib gəlib. Sonuncu hissədə də ssenari dəyişməyib. Komandamız 3-cü seti 19:25 hesabı ilə uduzub. Beləliklə ardıcıl 4-cü oyununda məğlub olan millimiz pley ofa çıxmaq imkanlarını itirib.  Qrup liderliyinə yüksələn Serbiya komandası isə növbəti mərhələyə vəsiqəni təmin edib.
Çempionatın favoritlərindən sayılan Türkiyə millisi isə qələbələrini sıralamadadır.  D qrupunda mübarizə aparan “Ay ulduzlular” 4-cü  turda Niderland voleybolçuları ilə hər 3 setdə qələbə qazanıblar. İlk iki setdə 25-21 hesabı ilə üsütn olan qardaş ölkənin komandası növbıtui hissədə 5 xal fərqi ilə qalib gəlib.   

CANLI YAYIM