Formula 1: Avstraliyanı Qətər əvəzləyə bilər

24 Avqust, 15:06 Sosial mediada paylaşın:
Formula 1 üzrə Qətər Qran-prisi Avstraliyadakı yarışı əvəzləyə bilıər.
Almaniya mətbuatının məlumatına görə, Doha avtodromunun rəhbərliyi artıq Formula 1 rəhbərliyi ilə razılığa gəlib. Böyük ehtimalla, yarış noyabrın 21-də keçiriləcək. Amma Formula 1 rəhbərliyi epidemioloji vəziyyətə görə tarixi dəyişə də bilər. Xatırladaq ki, mövsümün əvvəlində Avstraliya Qran-prisi koronavirusla əlaqədar təxirə salınmışdı. İyul ayında isə Formula 1 ümumiyyətlə bu mövsüm Melburndakı yarışın keçirilməyəcəyini elan etmişdi. Avstraliya ilə yanaşı, Yaponiya Qran-prisi də eyni səbəbdən təşkil edilməyəcək. Amma hələ ki, Suzukadakı yarışı hansı Qran-prinin əvəzləyəcəyi haqda heç bir məlumat yoxdur.

CANLI YAYIM