Avropa çempionatı: millimizdən ardıcıl 3-cü məğlubiyyət

23 Avqust, 11:48 Sosial mediada paylaşın:
Avropa çempionatının A qrupunda yarışan voleybol üzrə milli komandamız növbəti oyununa çıxıb. Voleybolçularımızın 3-cü turda rəqibi Rusiya yığması olub. Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv hər 3 hissədə uduzub. İlk setdə 25:16 hesabı ilə qalib gələn Rusiya seçməsi ikinci hissədə də üstün olub – 25:17. Şimal qonşularımız sonuncu hissədə 12 xal fərq ilə qələbə qazanıblar. Xatırladaq ki, komandamız əvvəlki iki görüşdə Belçika, eləcə də Bosniya və Herseqovina seçmələrinə də eyni hesabla məğlub olmuşdu. Komandamız qrup mərhələsində növbəti oyununu avqustun 24-ü Serbiya yığmasına qarşı keçirəcək.
D qrupunda mübarizə aparan Türkiyə millisi ardıcıl 3-cü görüşündə qələbə qazanıb. Qardaş ölkənin voleybolçuları bu dəfə İsveç komandasından güclü olublar – 31:29,  25:21 və 25:11.
C qrupunun lideri Xorvatiya kollektivi də qələbələrini sıralayır. Xorvatiya komandası 3-cü turda Slovakiya voleybolçularına hər 3 setdə qalib gəlib.

CANLI YAYIM