Güləşçilərimiz dünya çempionatında 3 gümüş medal

18 Avqust, 11:25 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı keçirilir. Turnirdə iştirak edən millimizin 3 üzvü finalda qüvvəsini sınayıb. 79 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qarşılaşıb. Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub.
Daha bir sərbəst güləşçimiz 70 kq çəkidə yarışan Cəbrayıl Hacıyev finalda İranın digər təmsilçisi İrfan Elahi ilə üz-üzə gəlib. Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medalla kifayətlənib.
65 kq çəki dərəcəsində çıxış edən Zirəddin Bayramov isə rusiyalı Şamil Məmmədovla qarşılaşıb. İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə məğlub olaraq, gümüş medal əldə edib. Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.

CANLI YAYIM