3 cüdoçumuz Avropa çempionu oldu

18 Avqust, 11:12 Sosial mediada paylaşın:
Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib.
Mötəbər yarışın ilk günündə Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 50 kq çəki dərəcəsində mübarizə aparan Xəyal Həsənov rusiyalı Daniil Mustafini məğlub edərək çempion olub. 55 kq çəkidə İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edərək qızıl medal qazanıb.  48 kq çəkidə Aydan Vəliyeva isə rumıniyalı rəqibindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aydın Rzayev gümüş medalla kifayətlənib. Daha iki cüdoçu - Babarəhim Mirzəyev və Zahir Ağazadə bürünc medal əldə ediblər. Qeyd edək ki, 37 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edir.

CANLI YAYIM