Leonard "Klippers"lə müqaviləni yenilədi

13 Avqust, 15:51 Sosial mediada paylaşın:
“Los Anceles Klippers”in lideri Kavay Leonard klubla müqavilə müddətini yeniləyib.
Ulduz basketbolçu qarşıdakı 4 il ərzində 176,3 milyon dollar məvacib alacaq. Xatırladaq ki, “San-Antonio”nun heyətində MBA çempionu olan Kavay 2 il əvvəl “Toronto”nun adını tarixə yazdırmışdı. Məhz onun liderliyi sayəsində Kanada klubu tarixində ilk dəfə MBA çempionu olmuşdu. Ötən mövsüm “Klippers”in heyətində 52 matça çıxan Kavay hər oyuna orta hesabla 24,8 xal, 6,5 ribaund və 5,2 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM