Xristo Stoiçkov UEFA-nı Bolqarıstan klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib

17 Oktyabr, 20:34 Sosial mediada paylaşın:
Bolqarıstan millisinin sabiq futbolçusu Xristo Stoiçkov UEFA-nı ölkəsinin klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib.
 
53 yaşlı veteran hücumçu “L’Equipe” nəşrinə açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Bolqarıstanın evdə İngiltərəyə 0:6 hesabı ilə uduzduğu matçda yerli azarkeşlərin irqçi davranışlarından xəcalət çəkdiyini bildirib.
 
Onun sözlərinə görə, stadionları bağlamaq, azarkeşsiz oynamaq lazımdır: “Bəlkə də, daha ciddi cəza verilməsinin vaxtı gəldi. İngiltərə bundan keçib. Bolqarıstan klublarını 5 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Bu, hamının sakitləşməsinə kömək edərdi”.
 
Stoiçkov ABŞ-ın TUDN telekanalının efirində isə bolqarıstanlı azarkeşlərin irqçilik davranışlarını şərh edərkən ağlayıb.

CANLI YAYIM