"Leykers" Rassell Uestbruku ictimaiyyətə təqdim edib

11 Avqust, 16:30 Sosial mediada paylaşın:
“Los Anceles Leykers” yeni transferi Rassell Uestbruku ictimaiyyətə təqdim edib.
Ötən mövsüm “Vaşinqton Uizards”ın heyətində çıxış edən ulduz basketbolçu yeni komandasında  özünü yad  hiss etməyəcəyini söyləyib: “Bu mənim Milli Basketbol Assosiasiyasında 14-cü mövsümüdür. Hər il yüksək motivasiya ilə oynayır və çıxış etdiyim komandama uğur qazandırmağa çalıışıram. “Leykers”dəki komanda yoldaşlarım  Entoni Devis və Lebron Ceyms mənim dostlarımdır.  Onları daha məhsular oynamağa sövq etməliyəm. Onlar da mənə güc verməlidir”
Xatırladaq ki, Uesbruk MBA-da tripl-dabl sayına görə rekordçudur. O, ötən mövsüm  “Vaşinqton”un heyətində 65 görüş keçirib və hər oyuna orta hesabla 22,2 xal, 11,7 və 11,5 ribaundla yadda qalıb. Qeyd edək ki, Uestbruk qarşıdakı iki ildə 91 milyon dollar  məvacib alacaq.  Yeri gəlmişkən, ötən mövsüm pley-offda “Finiks”ə məğlub olan “Leykers” mövsümlərarası fasilə dönəmində heyətini yetərincə gücləndirə bilib. Los-Anceles klubu yayda Karmelo Entoni, Kent Beyzmor, Kendrik Nann, Malik Monk və Teylen Horton-Takeri transfer edib.

CANLI YAYIM