Tokio-2020: Mariya Stadnik bürünc medal qazanıb

7 Avqust, 16:06 Sosial mediada paylaşın:
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
50 kq çəki dərəcəsində mübarizə aparan idmançı monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.

CANLI YAYIM