Tokio-2020: Azərbaycanın qrup hərəkətləri komandası finala yüksələ bilməyib

7 Avqust, 09:30 Sosial mediada paylaşın:
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37,650 balla qiymətləndiriblər. Daha əvvəl ədalət təmsilçiləri 5 topla hərəkətə 36,700 bal vermişdilər.
Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.

CANLI YAYIM