"Mançester Yunayted" "Liverpul" qarşısına De Xea və Poqbasız çıxacaq

17 Oktyabr, 14:25 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"u qəbul edəcək "Mançester Yunayted" oyuna ciddi itkilərlə çıxacaq.
 
Pol Poqba və David De Xea "qırmızı şeytanlar"a prinsipial matçda kömək etməyəcək. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşayer məlumat verib.
 
Bundan əlavə, Lyuk Şou, Fil Cons, Erik Bayi, Jessi Linqard da "Liverpul"a qarşı oynamayacaq. Antoni Marsialla Aaron Uan-Bissakanın meydana çıxıb-çıxmayacağı bəlli deyil.
 
"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-si Bakı vaxtı ilə 19:30-da baş tutacaq və "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.