"Yuventus"un iki futbolçusu "Mançester Yunayted"ə keçir

17 Oktyabr, 11:15 Sosial mediada paylaşın:
“Yuventus”un futbolçusu Emre Can “Mançester Yunayted”ə keçə bilər.
 
Əvvəlki açıqlamasında “ağ-qaralar”da xoşbəxt olmadığını deyən yarımmüdafiəçinin Mario Mandzukiçlə birgə “qırmızı şeytanlar”a keçəcəyi bildirilib.
 
25 yaşlı oyunçu Turin klubunun Çempionlar Liqası üçün heyətinə daxil edilməyib. Futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində cəmi 78 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, Emre Can 2018-ci ildə "Liverpul"dan “Yuventus”a keçib.

CANLI YAYIM