"Qəbələ" albaniyalı futbolçu ilə razılığa gələ bilmir

28 İyul, 14:55 Sosial mediada paylaşın:
"Qəbələ" albaniya futbolçu Yurgen Qoxanı heyətdə saxlamaq istəsə də, hələ də onunla razılığa gələ bilməyib.
28 yaşlı oyunçunun ötən mövsümkündən daha artıq maaş istəyi "Qəbələ" rəhbərliyini çətin duruma salıb. Yeni mövsümün hazırlıqlarına hələ də qoşulmayan futbolçu istəyinin müsbət cavablandırılmasına ümid edir. Ötən mövsümün əvvəli "Qəbələ"yə transfer edilən futbolçunun müqaviləsi 1+1 şərtilə bağlanıb. Müqavilənin ikinci ilinin qüvvəyə minməsi üçün "Qəbələ"nin əcnəbi futbolçunun maaşına yenidən baxması mütləqdir. Qeyd edək ki, Yurgen Qoxa "Qəbələ"nin heyətində meydana çıxdığı 26 görüşdə 2 dəfə fərqlənməyi də bacarıb.

CANLI YAYIM