"Neftçi" bu gün "Olimpiakos"la cavab oyununa çıxacaq

28 İyul, 10:42 Sosial mediada paylaşın:
Neftçi” Uefa Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə hazırlaşır. Samir Abasovun komandası Yunanıstanda 0:1 hesabilə uduzduğu “Olimpiakos”u bu dəfə “Bakcell Arena”da qəbul edəcək. Xatırladaq ki, “Neftçi”nin heyətində Namiq Ələsgərov zədə, Mert Çelik isə qırmızı vərəqəylə cəzalandığına görə meydana çıxa bilməyəcək. Baş məşqçi Samir Abasov görüşdən əvvəl media nümayəndələri önünə çıacaq yaxşı oyunla qələbə qazanmaq istədiklərini deyib. 
Olimpiakosun texniki heyəti Bakıda mətbuat konfransına çıxmaqdan imtina etdiyinə görə baş məşqçi Pedru Martinş Yunanıstanda jurnalistlər önünə çıxıb. O, hər hansı ciddi problemin olmadığını vurğulayıb.
Bakı vaxtilə 21:00-da başlanan “Neftçi” – “Olimpiakos” görüşündə Rikardo De Burqo Benqoeçeanın rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası ədaləti qoruyacaq.

CANLI YAYIM