İdmançılarımızın Tokio Olimpiadasında çıxışları davam edir

28 İyul, 10:32 Sosial mediada paylaşın:
Bu gün daha 2 atletimizin çıxışı gözlənilir. Saat 15-də badmintonçumuz Edi Reski Dviçao olimpiadada 2-ci görüşünü keçirəcək. Dördilliyin zirvə yarışına qələbəylə başlayan idmançımız bu dəfə Danimarka nümayəndəsi ilə qarşIlaşacaq. 
15:25-də isə boksçumuz Alfonso Dominges rinqə çıxacaq. 81 kq-da çıxış edən atletimiz 1/8 finalda özbəkistanlı Dilşod Ruzmetovla döyüşəcək. Xatırladaq ki, buna qədər olimpiadada boksçularımızdan Cavid Çələbiyev 63, Məhəmməd Abdullayev isə 91 kq-dan yuxarı çəkidə startda qalib gəlmişdi. 

CANLI YAYIM