Badmintonçumuz ilk görüşündə qalib gəldi

27 İyul, 16:33 Sosial mediada paylaşın:
Ölkəmiz ilk dəfədir ki, olimpiya oyunlarında badminton yarışında da təmsil olunur.
Tokioda Edi Reski Dviçao uğur qazanmağa çalışır. İdmançımız ilk görüşündə vyetnamlı Ten Min Nquen ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ alan təmsilçimiz ilk setdə qələbə qazanıb 21:14. 2-ci hissə gərgin mübarizə şəraitində keçib. Bu dəfə 21:18 hesabı qeydə alınıb. Beləliklə 2:0 hesabı ilə qalib gələn badmintoçumuz Olimpiadaya qələbə ilə başlayıb. Edi Reski Dviçao qrupda növbəti görüşündə danimarkalı Anders Antonsenlə qarşılaşacaq.

CANLI YAYIM