Osaka gözlənilmədən məğlub oldu

27 İyul, 17:15 Sosial mediada paylaşın:
Tokio-2020-nin açılış mərasimində stadionda olimpiya məşəlini alovlandıran məşhur yaponiyalı tennisçi Naomi Osaka gözlənilmədən mübarizəni dayandırıb.
WTA reytinqində 2-ci pillədə qərarlaşan məşhur tennisçi 1/8 finalda çexiyalı Marketa Vondrouşova qarşısında aciz qalıb. 1 saat 9 dəqiqə davam edən görüşün ilk setində Osaka rəqibnə heç bir müqavimət göstərə bilməyib – 1:6. İkinci setdə Naomi bir qədər təşəbbüsü ələ alsa da, yenə də vəziyyəti öz xeyrinə dəyişə bilməyib – 4:6. Görüş ərzində Osaka yalnız bir breykdən istifadə erdib və 2 dəfə ikiqat səhvlə yadda qalıb. Oyundan sonra Osaka hisslərinə hakim ola bilməyərək mikst-zonanı tərk edib və bir müddət keçdikdən sonra geri qayıdaraq jurnalistlərin suallarına cavab verib.

CANLI YAYIM