Bermud adaları Olimpiadalar tarixinə düşdü

27 İyul, 16:29 Sosial mediada paylaşın:
Tarixdə ilk dəfə Bermud adalarını təmsil edən idmançı Olimpiadada qızıl medal qazanıb.
Tokioda keçirilən Yay Olimpiya oyunlarında bu ökəni təmsil edən triatlonçu Flora Daffi rəqiblərini qabaqlamağı bacarıb. Maraqlıdır ki, buna qədər Bermud adalarının hesabında yalnız bir olimpiya medalı var idi. 1976-cı ildə bu ölkəni təmsil edən boksçulardan biri gümüş medal qazanmışdı. Qeyd edək ki, Bermud adalarının 63 min nəfərə yaxın əhalisi var. Beləliklə, Daffi ən az əhalisi olan ölkənin nümayəndəsi kimi olimpiya qızılı qazanan idmançıdır.

CANLI YAYIM