Tokio-2020: koronavirusa yoluxanların sayı 153-ə çatıb

26 İyul, 14:02 Sosial mediada paylaşın:
Tokio Olimpiadasında koronavirusa yoluxanların sayı artır.
Ötən gün ərzində Olimpiada üçün qeydiyyatdan keçənlər arasında daha 16 nəfər koronavirusa yoluxub. Onlardan 3-ünün Yaponiyanı təmsil etməyən idmançı olduğu bildirilir. Artıq onlardan birinin adı ictimayyətə məlum olub. Cüt yarışlarında iştirak etməli olan niderlandlı raketka ustası Jan-Jülyen Rojenin koronavirus testi müsbət nəticələnib. O, yarışlardan kənarlaşdırılıb. Maraqlıdır ki, Roje ilə birgə təyyarə ilə Tokioya gələnlər arasında daha 4-ündə koronavirus aşkarlanıb. Beləliklə də Tokio Olimpiadası üçün qeydiyyatdan keçənlər arasında koronavirusa yoluxanların sayı 153-ə çatıb.

CANLI YAYIM