“Tokio-2020”: Milad Beiqi Hərçəqani mübarizəni dayandırıb

26 İyul, 12:40 Sosial mediada paylaşın:
Tokioda Yay Olimpiya Oyunları davam edir.
Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) dörddəbir final mərhələsində özbəkistanlı Nikita Rafaloviç ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 1:12 hesabı ilə məğlub olub.
Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona uduzub.
Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

CANLI YAYIM