Güləşçilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər

25 İyul, 09:50 Sosial mediada paylaşın:
Hər üç güləş növü üzrə millilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər.
Olimpiya Güləş Mərkəzində gündə bir dəfə baş tutan məşqlərdə taktiki-texniki çalışmalar ön plandadır. Məşqçilər korpusu güləşçilərimizin Yaponiyaya optimal formada yollanmaları üçün böyük səylə çalışır, çatışmazlıqlar üzərində gərgin iş gedir.
Sərbəst güləşçilərimiz Olimpiada ərəfəsində yoxlama görüşləri keçiriblər. Məqsəd yarış ab-havasına düşməkdən ibarət olub. Olimpiyaçılarımız yerli güləşçilərlə yanaşı, sparrinq kimi ölkə xaricindən dəvət olunan pəhləvanlarla da qüvvələrini sınayıblar.
Qarşılaşmaları Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında beynəlxalq dərəcəli hakimlərimiz İntiqam Alıyev, Sədi Quliyev və Elman İsmayılov idarə ediblər.

CANLI YAYIM